Больше рецензий

12 марта 2018 г. 10:23

553

«Под алыми небесами» / Марк Салливан
Al-qırmızı səmanın altında / Mark Salliva
Kristin Hannanın -Bülbül- romanıdan sonra müharibə mövzulu əsərlər maraq sahəmə girməyə başladı... Bu kitabı isə amazonda tez tez görürdüm... Cildi o qədər diqqətimi çəkməmişdi... Bir gün boş vaxtım vardı... bütün romanların anatasiyalarını oxumağa başladım... Bu romanın anatasiyası diqqətimi çəkdi... Üstəlik romanda keçən hadisələrin real olduğunu öyrənəndə marağım iki qat artdı...
Çox keçməmişdi ki, ruslar yaxında rus dilində çıxacağını elan elədilər... Dörd gözlə gözləyirdim... axır ki, əlimə keçdi... böyük aclılqla oxudum...
Kitabın ilk səhifələri məndə belə bir hiss oyandırdı: öz-özümə, - yazan sanki ilk dəfədir roman yazır - dedim...
Davam etdikcə hadisələr maraqlı olmağa başladı... və üslubundakı nöqsanları artıq gözə girməməyə başladı... Sonra əsərdən ədəbi zövq gözləməməyə qərar verdim.... sənədli əsər kimi oxumağa başladım... hər şey öz yerinə oturmağa başladı...
Yenə də əsər mənə zəif gəldi... Məndə demək olar heç bir hiss oyandırmadı... Amma tarixi sənəd kimi, dəyərli məlumatlar ehtiva edir...
Məkan İtliya, Milan.... Zaman II Dünya müharibəsi illəri... Qəhrəmanımız on yeddi yaşlı Pino... Gənclik illəri müharibə dövrünə təsadüf edən Pino zəngin ailənin, elit təbəqənin övladıdır... Bir qardaşı Mimmo və bacısı var... Ailəsi dəriçilik və çanta istehsalı ilə məşğuldur... Mağazaları var... Almanlar Milanı alandan sonra ailəsi onu və qardaşını Alp dağlarına keşiş Renin yanına göndərir ki, onu təhlükədən qoruya bilsinlər... Orada o yəhudi qaçqınları dağlardan İsveçə keçirdir, onlara bələdçilik edir.... Orada sürücülük öyrənir...
Əsgərlik yaşına çatanda atası onu təcili Mİlana çağırır... Milanda alman hərbi sıralarına qoşulur... ilk günlərdən yaralanır... Və qosbitala yatırılır... Çıxandan sonra alman generalı, Hitlerə yaxınlığı ilə tanınan Leyerlə qarşılaşır... xarab olan maşınını düzəldir... Və o ona sürücülük təklifini edir... Beləcə Pino onun şəxsi sürücüsü olur... Nakam məhəbbəti Anna ilə tanış olub ona vurulur... Gizli təşkilatla əlaqə qurub generaldan öyrəndiyi məlumatları ötürür...
Romanda elə bil məntiqi xətalar da az deyildi... oxuyanlar fikirlərini yazsalar, yaxşı olardı... yazar sanki zorla Pinonu qəhrəmanlaşdırmağa çalışır... Əlbəttə gördüyü işlər adi işlər deyil... amma bəzi məqamlarda sanki Pino bəzi qərarları könüllü deyil, məcburiyyət qarşısında qaldığına görə verir... Və onun qəhrəman portretinə kölgə salır...
Bax belə, bundan artığı spoyler olar... ona görə də burada kəsirəm... Aşağıdakı şəkildə yazar romanın qəhrəmanı ilə çəkdirdiyi fotoşəkil qoymuşam.... Hələ də həyatdadır... Yanında da gənclik illərindəki şəkli...