Больше рецензий

25 июня 2019 г. 11:06

419

4 Расстояние между мной и черешневым деревом

- Uşaq ədəbiyyatını hələm-hələm oxuyan deyiləm... Doğru olmadığını bilsəm də, nədənsə ciddi yanaşa bilmirəm... Amma çox nahaq... Çünki bu kitab nə qədər yanıldığımı bir daha sübut elədi... Halbuki, mənə elə gəlir, uşaq üçün kitab yazmaq daha çətin işdir...

- Paola Peretti italiyalı yazıçıdır... Başa düşdüyüm qədər debüt əsəridir. İlk dəfə türk buktuberlərdən birinin əlində görmüşdüm... Sona livelibdə qarşıma çıxdı... siyahıma aldım... həm türk, həm də rus oxucular kitabı çox mədh edirdilər... Məncə haqlıdılar...

- Roman doqquz yaşlı get-getə gözünün işığını itirən bir qızdan bəhs edir... Adı Mafaldadır... Atasının oxuduğu bir kitab qəhrəmanı kimi (kitabın adı indi yadımda deyil) oxuduğu məktəbin yaxınlığındakı gilas ağacında yaşama xəyalını qurur...

- Yazıçı süjeti olduqca maraqlı və məntiqli qurub... Düzdür görmə qabiliyətini itirən bir personajdan bəhs edən kitabın təbii olaraq boz atmosferası var. Ancaq əsərin gedişatında işıq, ümid, aydınlıq var...

- Məni ən çox üzən Estellanın... Mafaldanın imiqrant dostunun taleyi oldu... Mafaldanın bir pişiyi var... Qız tez-tez Estellaya bir sual verir... Niyə pişiklər ağaca asanlıqla çıxdıqları halda, ordan düşə bilmirlər? İlk başda bu sualı yazıçının niyə təkrar elədiyini anlamırıq, amma sonda Estellanın danışdığı bir hekayədə başa düşürük... Məsələnin üstü açılır... Pişik kimi ağaca çıxan Mafalda hekayədən sonra ağacdan düşməyə qərar verir...

- Qısası əsər xoşum, gəldi, məni kövrəltdi... 12 yaş yuxarı uşaqlara tövsiyə olunur... Böyüklər də rahatlıqla oxua bilərlər... Bəzən həyat gözümüzdə o qədər qaranlıqlaşır ki, belə vaxtlarda bu cür işıqlı kitablar imdadımıza çata bilər... Nə yaxşı ki, yaxşı kitablar var.