Больше рецензий

22 марта 2021 г. 10:22

42

4

- "Dartanyanlar" kitab klubunun seçdiyi mart ayının yazıçısı Marqaret Etvud idi... Bu dəfə konkret bir əsəri deyil, istəyən istədiyini seçib oxuya bilərdi... Mənim də bu yazıçının sihayımda son romanı çoxdan oxumağımı gözləyirdi... Fürsət idi, kitabı sifariş elədim... Gələn kimi, ilk onu oxudum...
- Kitab su kimi axır... Yazıçı oxucunu hansı yollarla kitabını oxutduracağını yaxşı bilir... Beş yüz səhifə olmağına baxmayaraq, nə vaxt, necə oxuyub bitirdiyimi hiss eləmədim...
- Romanın sonunda, "Təşəkkür" bölümündə yazıçı 1985-ci ildə qələmə aldığı "Damazlıq qızın hekayəsi" romanını oxuyanlar tez-tez Gileadın necə süqut etdiyinə dair çoxlu suallar verdiyini yazır... Bu kitab məhz bu suallara verilmiş bir cavabdır... Bu roman "Damazlıq qızın hekayəsi" romanının baş qəhrəmanının qızlarından bəhs edir... Əsas bəhs edilən isə Gilead və onu süquta aparan amillərdir...
- Romanı bəyəndim... amma Bookerə layiqdirmi, bu bir az məni düşündürdü... Amma roman qəşəng idi... Mənə elə gəlir yazıçının romanda əsas dərdi dinin özü deyil, dini alət edib totalitar rejimlər qurub dindən sui-istifadə edənlərdir... Kitabı oxusanız, inanıram mənə haq qazandıracaqsınız...