Больше рецензий

26 февраля 2019 г. 07:38

578

5

Çox sevərək oxuduğum kitablardan biri oldu, həm də ilk dəfə Türk dilində. Cəsarət istəyən bir kitab. Kitabı oxuyarkən dərin nefes alib, hadiselerin 200-1000il əvvəl deyil 2011-ci ildə bash verdiyini qəbul etmək inanılmaz çətin, ağır olduğunu düşündüyüm və yenidən davam etdiyim çox anlar oldu. Dramın, hüznün, edalətsiziyin və acının hər bir sehifəsində hiss edilən bir kitab.
‘’Molla’’ rejiminin inqlabdan sonra İran-da törətdikləri dəhşətli hadisələr, qadın azadlığına qarşı rejimin apardığı amansız muharibəni əks etdirir… Çox amma çox istərdim ki, qadinlarımız bu mövzuda olan kitabları çox oxusunlar, düşünsünlər, anlasınlar və … Niyə? Qadın azadlığının qədrini bilsinlər, onun ücün hər zaman mubarizə aparsınlar, öz azadliqlarını heç nəyə qurban verməsinlər…