Gülə – gülə

(Şuşalı, Laçınlı dostlarıma ithaf edirəm)



Tellərindən üç tel ayır,
Çal «Sarıtel» gülə – gülə
Şirin – şirin sədasına,
Yığılsın el gülə – gülə.
O may verdi çox qubarı,
Sevindirsin bu may barı…
Ərisin dağların qarı,
Açılsın gül gülə – gülə.
Xəbər gəlsin Qarabağdan,
Topxanadan, Dəlidağdan…
Buzlar getsin Buz bulaqdan,
Çağlasın sell gülə – gülə
Vahid, elin oldu talan
Başsız qalsın əfi ilan…
Öz yurdunda yurdsuz qalan,
Yurduna gəl gülə – gülə
16.05.2019
СкороКнижный режим