Gecənİn sonunda sökülməsə dan…

İndi umu – küsü zamanı deyil,

Hərəmiz bir qışın sınağındayıq.

Bu gün də həyatın son anı deyil,

Nahaqdan suçunda, qınağındayıq.


Həsrətdən yumşalıb, mum olub ürək,

Havadan asılıb, qalıb çox istək.

Donan ümidləri gərək isidək,

Könüldə baharın sorağındayıq.


Vahidə dərd olur sənsiz keçən an,

Yanır atəşlərə, külə dönür can.

Gecənin sonunda sökülməsə dan,

Borclu dəftərinin varağındayıq!

08.05.2019
СкороКнижный режим