Больше рецензий

25 мая 2020 г. 17:39

374

5

* Summer House with Swimming Pool / Herman Koch
* Havuzlu Yazlık / Herman Koch

* Niderland yazıçılarını araşdırırdım, Arnon Grunbergin "Tirza" adlı bir romanı qarşıma çıxdı... Öyrəndim ki, filmi var və oxucular roman haqqında ağızdolusu danışır... Kitab əlimdə olmadığından filmə baxmağa qərar verdim... Amma səhnələri məni birmənalı olaraq şoka saldı... və tez filmi dayandırdım... O qədər ikrahedici idi ki, dözə bilmədim...

* Son sifariş elədiyim kitabların içində Herman Kox adlı bir yazıçının "Havuzlu yazlık" adlı bir romanı vardı... sırası çatdı... məgər bu da Niderland yazıçısı imiş... Bu yazıçını mən "Axşam yeməyi" adlı romanından, daha doğrusu əsərə çəkilən filmindən tanıyıram... Filmə çox da ayıla-bayıla baxmamışam... Amma tema olaraq olduqca təqdirəlayiq gəlmişdi mənə...

* Romana başladım... (yaza-yaza içimdə həyəcan fışqırır )... Bu nə kanfet roman imiş... Yaxşı qabağa qaçmayım... İlk səhifələrindənMark adlı bir həkimlə tanış oluruq... Bütün roman onun təhkiyəsindən ibarətdir... Ailə həkimidir... Türklər demiş, pasiyentləri "sosyetedir"... Özünəxas müayinə üsulları, trükları var... qısası "məsum mələk" deyil... Sonra gördüyü "qaranlıq" bir əməldən üstüörtülü danışır... Tibbi Nəzarət qurumundan cəzaya cəlb ediliyindən... Sonra bir cənazə mərasimindən.... Və gizli-gizli bu mərasimə iştirakından danışır...

* Bilirsiz elə insanlar olur... hadisələri rəvayət edəndə ürəyiniz bulanır, iyrənirsiz, amma eyni zamanda da ona qulaq asmaqdan ötrü sinoy gedirsiz... Müəllifin təhkiyəsi bu cinsdən idi... İnanırsız, o qədər "çılpaq" dili var ki, "yaxşı daaaa" deyirsiz... "bu qədər açıq danışma daaa.... bir az üstünü ört, malala, axı bu çirkin şeylərdir"... deyirsiniz... amma ürəyinizdən "əşşi danış, maraqlı danışırsan" deməyiniz gəlir....

* Yazıçı bütün etik qaydaları bir kənara ataraq... amma eyni zamanda etik qaydaların yoxsulluğundan doğan nəticələri "gözümüzə soxaraq"... insanı sırf materialist nöqteyi-nəzərdən diqqətə alıb... Bunu sanki insana bu cür yanaşanda insanın heyvandan bir fərqi olmadığını göstərmək üçün edib... Çünki bir-iki məqam məni düşündürdü... Bunu bilərək elədiyinə qərar verdim...

* Qərar verdim... Bu yazıçının bütün romanlarını oxuyacam... oxumadan əvvəl müəyyən həssaslıqları olan insanlara məsləhət görmürəm... heç xoş təsvirləri yoxdur... amma nə danışırsa, "kitabın ortasından" danışır... Çox xoşum gəldi...

* Kitabdan sonra o qədər suallar yağdı ki, üstümə... bir-bir bu sualları həll eləməklə məşğulam... əntiqə əsər idi... Təfəkkür üçün yaxşı xammaldır... Bircə nə anlamadım bilirsiz... Türklərin cilddə qoyduğu kəsik ayaq şəkli... Kitabla bir əlaqə qura bilmədim... Görəsən nəsə gözümdən qaçıbmı, bilmirəm!...